Rusiya “Vostok-2018” hərbi təlimlərində “gözəgörünməz” raketləri sınaqdan çıxarıb

0
438

Rusiyanın Uzaq Şərqdə keçirdiyi  “Vostok-2018” hərbi təlimləri davam edir. Mediainfo.az-ın TASS-a istinadən verdiyi xəbərə görə, hərbi təlimlər çərçivəsində Buryatiyadakı Telemba hərbi poliqonunda son illərin istehsalı olan “gözəgörünməz” raket uğurla sınaqdan çıxarılıb. Bununla əlaqədar “Zvezda” (“Ulduz”) həftəlik nəşrinə açıqlama verən 76 saylı hava hücumundan müdafiə diviziyasının komandanı polkovnik Sergey Tixonov deyib ki, yeni raket öz analoqu olan digər xarici raketlərdən daha çox üstündür.

Qeyd edək ki, Rusiya Müdafiə naziri, ordu generalı, əslən Tuva türkü olan Sergey Şoyqunun komandanlığı altında keçirilən və sentyabr ayının 17-nə kimi davam edəcək hərbi təlimlərdə 300 min nəfər əsgər və zabit, 1000 ədəd təyyarə, 36 min ədəd hərbi texnika iştirak edir.

 

BIR CAVAB BURAXIN