ABŞ prezidenti Donald Trump Yuta ştatının sabiq qubernatoru və Çində sabiq ABŞ səfiri Jon Hunstman-a Rusiya səfiri vəzifəsinə təklif edib.
ABŞ agentlikləri, Trump administrasiyasına istinadən, təklifin Hunstman tərəfindən qəbul edildiyini bildirir. Kiçik George Bush-un prezidentliyi dövründə Jon Hunstman ABŞ-ın Sinqapurda səfiri olub.
Barack Obamanın prezidentliyi zamanı isə Jon Hunstman (kiçik) 2009-2011-ci illərdə Çində ABŞ səfiri olub.
Ağ Evin Rusiyada ABŞ səfiri vəzifəsinə təklif edilən Yuta ştatının qubernatoru Jon Huntsman-ın adını daşıyan Huntsman Corporation şirkəti Ermənistanda bir sıra iri layihə həyata keçirib.
Qubernator Jon Hunstman-ın hazırda başçılıq etdiyi Hunstman Corporation şirkəti qubernatorun atası – böyük Jon Hunstman yaradıb.
Jon Hunstman (böyük) xeyriyyəçilik fəaliyyətinə görə Ermənistan hökuməti tərəfindən “Mesrop Maştots” ordeni ilə təltif edilib.
Huntsman ailəsi Ermənistanda 1988-ci ildə zəlzələdən zərər çəkmiş bölgələrdə təxminən 18 milyon dollarlıq həcmində yardım proqramlarını həyata keçirib.
Bu ailənin hesabına Gümridə yaşayış binaları və orta məktəb tikilib. Huntsman İnternational şirkəti, həmçinin, zəlzələ zonasında uçub-dağılan yaşayış məntəqələrinin bərpa edilməsinə yardım göstərmək üçün beton konstruksiyaları zavodunu tiktirmişdi.
Sonradan zavod satılıb və 1 milyondan çox dollar sabiq xarici işlər naziri Vardan Oskanyanın təsis etdiyi “Civilnet” informasiya mərkəzinə ianə edilmişdi, lakin Ermənistan Milli Təhlükəsizlik Xidməti həmin pulun xərclənməsində olunmasında “cinayət aşkar edib”, 2012-ci ildə Oskanyana qarşı “pulların yuyulması” maddəsi ilə cinayət işi başlanmış və bir neçə aydan sonra xitam verilmişdi.