Amerikalı general Mosul və Rakkanın alınacağı vaxtı açıqlayıb

0
512
 

Suriyanın Rakka və İraqın Mosul şəhərlərinin İŞİD-dən azad olunması və terror qruplaşmasının tam məhvi iki il davam edəcək.

Bu barədə ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın komandanı general Stiven Taunsend “Daily Beast”ə müsahibəsində bildirib.

“İşlərimizi səylə yerinə yetirsək Mosulun və Rakkanın İŞİD-dən təmizlənməsi, Suriya səhrasında gizlənə biləcək ayrı-ayrı silahlı dəstələrin tapıb zərərsizləşdirilməsi ən azı 2018-ci ilin sonunda mümkün olacaq”, deyə general qeyd edib.

S.Taunsend həmçinin etiraf edib ki, qərb koalisiyasının apardığı əməliyyat ağır irəliləyir.

BIR CAVAB BURAXIN