Almatı hava limanında fövqəladə hadisə baş verib

0
632

Qazaxıstanın Almatı beynəlxalq hava limanından 6 istiqamətə uçuş təxirə salınıb.

Qazaxıstan KİV xəbər verir ki, buna səbəb aeroportda civə axıntısı olub.

Məlumata görə, oktyabrın 3-də səhər saatlarında sərnişinlər hava limanından təxliyə ediliblər.

Aeroportun mətbuat xidmətindən bildirilib ki, ümumilikdə 6 uçuş təxirə salınıb. Onlardan 3-ü daxili, 3-ü isə beynəlxaq reysdir: “Almatı-Tbilisi istiqamətinə uçan “Aer Astan” hava şirkətinə məxsus təyyarənin sərnişinlərinin üzərində keçirilən şəxsi yoxlama zamanı bir nəfərdə civə aşkarlanıb. Hava limanının əməkdaşları uçuşun təhlükəsizliyi baxımından ondan mayeni təhvil verməsini istəyiblər. O isə heç bir xəbərdarlıq etmədən həmin mayeni zibil qutusuna atıb, maye axmağa başlayıb. Ona görə də sərnişinlər təxliyə edilib. Hazırda hava limanının iş rejimi bərpa olunub”. (“Report”)

BIR CAVAB BURAXIN