Almaniya əks kəşfiyyatı ölkədəki məscidləri nəzəratə götürüb

0
655

Almaniya əks kəşfiyyatı ölkədəki təqribən 90 məscidə nəzərat edir. “Zaman.az”ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu Almaniya əks kəşfiyyatının rəhbəri Hans-Georq Maasen deyib.

Onun sözlərinə görə, söhbət gənc insanların terrorçuluq fəaliyyətinə çağırıldığı məscidlərdən gedir: “Əks kəşfiyyat ölkədə yaşayan müsəlmanları izləmir, dini və siyasi ekstremistləri müşahidə edir”.

Qeyd edək ki, Almaniya xüsusi xidmət orqanlarının hesablamalarına görə, ölkədə yaşayan 800-dən artıq islamçı İŞİD-in tərəfində savaşmaq üçün Suriya və İraq gedib. Onlardan təqribən 260-ı Almaniyaya qayıdıb.

BIR CAVAB BURAXIN