Alman general erməni yalanlarını üzə çıxarır – TARİXİ MƏQALƏ

0
706

Müharibənin elan olunmasından az sonra illərdən bəri hazırlanmış plana əsasən təşkilatlanan bandalar hər yerdə üsyana başladılar. Əvvəlcədən verilmiş göstərişə görə türk kəndlərinə basqınlar edərək əllərinə keçən uşağı, qadını, qocanı fərq qoymadan vəhşicəsinə öldürürdülər. Bundan əlavə, orduya arxadan hücum edərək onun strateji planlarını, təminatını pozur, təxribatlar törədirdilər…

 

1915-ci ildə qiyama qalxan həmin ermənilərə qarşı sərt tədbirlər görən, onları yerində oturtmaq üçün müxtəlif vasitələrə əl atan Tələt paşa, eləcə də onun silahdaşları Ənvər paşa və Camal paşa buna görə ermənilərin qara siyahısına düşürlər. 1918-ci ildə siyasi məğlubiyyətə düçar olaraq dövlət postunu itirən və Almaniyaya qaçaraq orada Əli Salih bəy adı ilə yaşayan Tələt paşa 1921-ci ildə erməni terrorçu Soqomon Teyliryan tərəfindən güllələnib. Almaniya məhkəməsi isə qatilə bəraət verib.

 

Bütün bunlara etiraz edən alman generalı Bronzart Şellendorf 24 iyul 1921-ci il tarixli 342 saylı “D.A.Zeiting” qəzetində öz dövlətinin bu qərarına qarşı etiraz edərək yazdığı məqaləsini təqdim edirik:

 

“Teyliryanın (Tələt paşanın qatili Saqomon Teyliryan nəzərdə turulur) mühakiməsində dinlənilən şahidlər ya hadisə haqqında ifadə verməyəcək, ya da təhqiq ediləcək hadisələri başqalarından eşitmiş adamlar olacaqlar. Həqiqəti görənlər çağrılmamışlar. Türkiyədə erməni zülmü vaxtında, bu hadisələrin cərəyan etdiyi yerlərdə xidmət edən alman zabitləri nə üçün danışdırılmayıblar?

 

Erməni üsyanı üçün bir səbəb yox idi.

 

Çünki böyük dövlətlər tərəfindən Türkiyəyə məcburən qəbul etdirilmiş islahat yenicə təsirini göstərməyə başlamışdı. Ermənilər parlamentdə mövqe və rəy haqqını almışdılar. Hətta bəzən nazir də olurdular. Dövlətin başqa təbəəsi ilə eyni ictimai və siyasi haqlara sahib idilər. Məmləkətlərində əmin-amanlıq fransız generalı Baumann tərəfindən idarə olunan jandarm qüvvələri ilə təmin olunurdu.

 

Ələ keçən sənədlərdən, bəyannamələrdən, silahlardan aydınlaşdırılırdı ki, üsyan uzun zamandan bəri hazırlanmış Rusiya tərəfindən təşkil olunmuş, maddi cəhətdən təmin edilmişdir.

 

Ermənilər cəbhədə ruslar tərəfindən əhatəyə alınmış türk ordusuna cinahdan və arxadan təsir göstərməklə kifayətlənməyib, ərazilərindəki müsəlmanları da məhv edirdilər. Şahidi olduğum erməni zülmü, sonralar türklərin adına çıxılan günahlardan daha çox və daha dəhşətli idi.

 

Erməni köçürməsini türklərin xristianlara təzyiqi kimi bir təbliğat vasitəsinə çevirmək əvvəlcədən düşünülmüş və hər cür sərt hərəkətlərin qarşısını alınmışdı.

 

Halbuki türklərin buna haqları var idi. Təbliğat başladı. Xarici ölkələrin hər tərəfində də bu sərsəmləməyə inanıldı”. (admiral.az)

BIR CAVAB BURAXIN