İordaniyalı yazıçı, xristian Nahed Hatta sentyabrın 25-də məhkəmə binasına girərkən öldürülüb.
Azadliq.org xəbər verir ki, Nahed Hatta dinə qarşı hörmətsizlik etmə ittihamı ilə məhkəməyə verilmişdi.
O, sosial mediada Allah və İslamın təhqir olunması kimi qəbul edilən karikatura yayandan sonra tənqidlərlə üzləşmişdi.
Reuters xəbər verir ki, Nahed Hatta Suriya prezidenti Bəşər Əsədin tərəfdarı olub.
Səmada qadınların əhatəsində iri yataqda uzanan və Allahdan ona şərab gətirməsini istəyən saqqallı kişinin təsvir olunduğu karikaturanı yayandan sonra Nahed Hatta həbs olunmuşdu.
Mühafizəkar müsəlman iordaniyalıların çoxu karikaturanı dini dəyərlərə təhqir kimi qəbul edib. Hakimiyyət bildirib ki, Nahed Hatta karikaturanı yaymaqla qanunu pozub.