“Afrinə hərəkət edən bütün qüvvələr məhv edilsin”

0
703

Türkiyə Silahlı Qüvvələri Afrin bölgəsi istiqamətində hərəkət edən bütün qüvvələri məhv etmək barədə əmr alıb.

Trend-in məlumatına görə, Türkiyə SQ-nin Baş Qərargahı bu qərarı “Suriya Xalq Qüvvələri” qruplaşmasının Afrinə girmək cəhdinin qarşısının alınmasından sonra qəbul edib.

Bundan başqa, qeyd olunur ki, Türkiyə jandarm qüvvələri və xüsusi təyinatlı polisi Afrində terrorçulardan təmizlənmiş ərazilərə daxil olub.

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Afrin bölgəsində keçirdiyi “Zeytun budağı” əməliyyatı çərçivəsində zərərsizləşdirilən terrorçuların sayı 1.829 nəfərə çatıb. Son sutkada 49 terrorçu məhv edilib.

Bu müddət ərzində Afrində 93 yaşayış məntəqəsi terrorçulardan azad edilib.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. “Zeytun budağı” adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin “F-16″ təyyarələri də cəlb olunub.

BIR CAVAB BURAXIN