Acun onu Gülənçi olmaqda ittiham edənlərin cavabını birdəfəlik verdi

0
599

FETÖ üzvü olmaqda ittiham olunan Acun İlicalı bu barədə geniş status yazıb.

 

Publika.az  xəbər verir ki, Türkiyənin məşhur aparıcısı və prodüseri vətən xaini FETÖ mövzusundakı mövqelərinin aşkar olduğunu qeyd edib:

 

“Həyatımın heç bir dövründə sözügedən terror təşkilatının lideri ilə bir araya gəlməmişəm, fəaliyyətlərinə ən kiçik köməyi belə etməmişəm. Sözügedən fitnəkarın da aralarında olduğu güruhun təcavüz və təhqirlərinə baxmayaraq, keçmişdə və bu gün bu terror təşkilatıyla mübarizə aparan dövlət rəhbərlərinə və ictimaiyyətə verdiyimiz dəstək  bəllidir. Bu həqiqətlər aşkar olduğu halda, mövcud vəziyyətdən istifadə etmək ümidi ilə həqiqi obrazlarını ortaya çıxararaq böhtan və fitnə arxasınca qaçanların olması yaşadığımız çətin dövrlərin bir klassikasıdir. Bir fitnəkar köşə yazarı 11 il ərzində verilişlərdə yarışmış 6000 nəfərdən yalnız ikisi FETÖ üzvi oldu deyə, bizim yarışların da töhmət olunmasını tələb edir. İşin məzəli tərəfi odur ki, sözügedən bu fitnəkar yazıçı dünənə qədər FETÖ böhtanlarının arxasınca gedərək yazıları ilə bu qaranlıq təşkilatın hər cür iftiralarının tərəfini saxlayırdı. İndi də çevriliş təşəbbüsü yuxusundan oyanaraq çirkli keçmişini unutdurmaq üçün “Ən yaxşı müdafiə hücumçusu” rolunu oynayır. Bu fitnəkarın fərqində olmadığı bir şey var ki, millətimiz bizi də, fitnəkar böhtançıları da zatən tanıyır və bilir. Dolayısı ilə çirkin “ləkə at, izi qalsın” taktikasını həyata keçirməsi mümkün deyil. Amma o dahiyanə köşə yazarının çevriliş gecəsinə qədər FETÖ layihələrinə hər cür dəstək verməsi üzə çıxarsa, özünə zamin tapmaqda çətinlik çəkəcək!”

 

Xatırladaq ki, “Hürriyyət” qəzetinin köşə yazarı Əhməd Hakan məşhur prodüser Acun İlıcalının da FETÖ üzvü olduğunu iddia edib. Əhməd Hakan İlıcalının layihələrində iştirak edən bir neçə nəfərin həbs olunmasını diqqətə çatdırıb.

 

“Acun İlıcalının layihələrində, verilişlərində iştirak edənlərdən daha bir nəfər FETÖ ittihamı ilə saxlanılıb. FETÖ-yə görə nə qədər şirkət bağlandı, imtahanların nəticələri ləğv olundu. Bəs, nəyə görə ətrafında bu qədər FETÖ-çü olan Acun İlıcalı həbs olunmur?” – məşhur köşə yazarı Əhməd Hakan son yazısında bildirib.

 

Xüsusu vurğulayaq ki, Türkiyə mətbuatında dəfələrlə Acun İlıcalının FETÖ-çü və ya mason olması ilə bağlı xəbərlər yayımlanıb. Məşhur prodüser daha əvvəl verdiyi açıqlamada nə masonlarla, nə də Fətullah Gülənlə əlaqəsi olduğunu deyib.

BIR CAVAB BURAXIN