ABŞ Ukraynaya 2 patrul gəmisi verəcək

0
532

ABŞ Ukraynaya dəyəri 9 milyon dollar olan İsland tipli iki patrul kateri verəcək.

Bu barədə TASS-a açıqlamasında ABŞ Müdafiə nazirliyinin rəsmi nümayəndəsi Erik Pexon deyib. Onun sözlərinə görə, bu məbləğə katerlərin modernləşdirilməsi və nəqliyyat xərcləri də daxildir: ” Yaxın 5 ay ərzində hər iki kater modernləşdiriləcək və bundan sonra Ukrayanaya təhvil veriləcək”.

Qeyd edək ki, İsland tipli patrul kateri 1980-1990-ci illərdə ABŞ-da istehsal edilib. O 168 ton yük götürmə gücünə və 35 nəfər şəxsi heyətə malikdir. Hazırda ABŞ-da bu patrul katerlərini daha müasir Sentinel katerləri ilə əvəz edirlər. ABŞ-da cəmisi 49 ədəd istehsal edilən İsland tipli katerlərdən 3-nü ABŞ Pakistana, 2-ni isə Gürcüstana verib.

Əziz Mustafa

 

 

BIR CAVAB BURAXIN