ABŞ Suriyada Türkiyə əsgərlərinin qarşısına ordu çıxardı – Membiçdə PKK-nı qorumaq üçün

0
359

ABŞ Suriyada Türkiyə əsgərlərinin qarşısına ordu çıxardı – Membiçdə PKK-nı qorumaq üçün
Suriyada Cerablus və Çobanbəyin təmizlənməsinin sonra Türk Silahlı Qüvvələrinin təyin etdiyi iki marşrutdan biri olan Membiçdə ABŞ-ın fəallığı yüksək səviyyəyə qaldırılıb.

Avropa.info xəbər verir ki, Membiç şəhərinin Türkiyə ordusu tərəfindən PKK-nın qolu PYD-dən təmizlənməsinin qarşısını almaq üçün, ABŞ-ın əraziyə yeni qoşun yeritdiyi bildirilir.

Türkiyə mətbuatının yazdığına görə, ABŞ-ın Membiçə qoşun yeritməsi səbəbindən Türkiyə ordusu hələlik bu istiqamətdə irəliləyişini dayandırıb. ABŞ daha əvvəl də PKK-nın Suriya qolu PYD-nin nəzarətindəki Eyn əl Ərəb (Kobani), Sim Abyat və Rümeylanda hərbi baza yaratmışdı.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

18 + fourteen =