ABŞ qırıcılarının SSRİ aviabazasına hücumu – 103 təyyarənin yandırılması

0
833

 

Məhz bu səbəbdən dolayı, Amerika Birləşmiş Ştatları (ABŞ) ilə Rusiya Federasiyası (RF) arasında münasibətərin çağdaş gərgin dövründə – soyuq müharibədən sonra bu iki nəhəng arasında hərbi toqquşma təhlükəsinin yenidən meydana çıxdığı, belə bir toqquşma olarsa, kimin qələbə çalacağı haqda mübahisələrin getdiyi bir zamanda – məhz indi «iki super-məxfi» mətləbin faş olması qaranlıq gecədə şimşək çaxması effekti yaratmaya bizməz.Bunlardan biri İosif Stalinin sui-qəsd nəticəsində (zəhərləmə!) dünyadan köçməsi, digəri isə 1950-ci ilin oktyabrında ABŞ hərbi-hava qüvvələrinin (HHQ) hücumu nəticəsində Vladivostok ətrafında SSRİ-nin 103 təyyarəsinin (5 aviabazasının!) məhv edilməsidir. Rusiya ictimaiyyəti bu hadisələrdən bir neçə il əvvəl xəbər tutub. Lakin Azərbaycan oxucusu bu barədə çox az məlumatlıdır – ölkə KİV-lərində demək olar ki, məlumat verilməyib.

teyyare

“AzPolitika” bu boşluğu müəyyən qədər doldurmaq üçün, ABŞ və Rusiya arasında münasibətlərin son dərəcə gərginləşdiyi, hətta müharibə riskinin ortaya çıxdığı indiki şəraitdə, hələ Stalin kimi qanlı diktatorun dövründə ABŞ ordusunun SSRİ-yə (Rusiyaya) vurduğu sarsıdıcı zərbənin necə cavabsız buraxıldığını və bu dəhşətli sirrin SSRİ xalqlarından və bütün dünyadan necə  gizlədildiyini xatırlatmaq qərarına gəlib.

Hər iki mətləb barədə sağ qalmış məlumatlı mənbələr danışırlar…

Sağ qalmışlardan biri də Mixail Poltoranindir. Poltoranin – SSRİ və Rusiya Federasiyasının dövlət xadimi, Rusiyanın peşəkar jurnalisti, Rusiya hökuməti sədrinin sabiq müavini, 1992-c ildə Sov.İKP sənədləri üzərindən məxfiliyin götürülməsi üzrə idarələrarası komisiyanın başçısıdır.

poltoranin

Hansı səbəbdənsə, yuraxıda xatırlatdığımız iki gizlinin faş olması barədə Azərbaycan KİV-ləri tərəfindən cəmiyyətə heç bir informasiyanın verilmədiyini nəzərə alaraq, Poltoraninin həmin olaylar mövzusundakı müsahibəsiniin bir hissəsini oxucuların diqqətinə çatdırmaq qərarına gəldik:

Jurnalist – Keçmişin söhbətidir, Siz, DTK arxivlərindəsiniz. Deyin, gerçəkdənmi 50-ci illərdə Amerikanın HHQ Uzaq Şərqdə Sovet İttifaqının hərbi bazalarını bombalayıb?

Poltoranin – Bəli, bombalayıblar!

Jurnalist – Və bunu bütün dünyadan gizlətmişik…

Poltoranin – Biz, çox şeyləri gizlətmişik. Ümumiyyətlə biz, mif dumanı içərisində yaşayırıq.

Jurnalist – Siz, sənədləri görmüsünüz. İndi biz, miflərin sirlərini açacağıq. Nəyi və harada bombalayıblar?

Poltoranin – Onlar 1950-ci ilin oktyarbında hərbi-dəniz bazasını bombalayıblar. Dörd «şturmovik»-dən ibarət F-80 (qırıcı – red.) qrupu «Suxaya Reçka» dəniz bazasına hücum edib. Onlar 5 bazanı məhv ediblər.

Jurnalist – Bu bazalar harada yerləşib?

Poltoranin – Vladivostok şəhərinin 30 kilometrliyində. 103 təyyarəni məhv ediblər.

Jurnalist – Amerikalılar bizim ərazidə 103 təyyarəni yandırıblar? 50-ci ildə, müharibənin olmadığı şəraitdə? Bəs, Stalinin reaksiyası?

Poltoranin – Elə bunun özü Stalini nə üçün öldürdüklərinin səbəbidir.

 

BIR CAVAB BURAXIN