ABŞ kosmosda hava hücumundan müdafiə kompleksləri yerləşdirəcək

0
554

ABŞ uzun fasilədən sonra yenidən kosmosda hava hücumundan müdafiə sistemləri yerləşdirmək niyyətidədir.

Mediainfo.az-ın rambler.ru-ya istinadən verdiyi xəbərə görə, bu barədəAğ Evdən verilən məlumatda deyilir. Kosmosda yerləşdiriləcək hava hücumundan müdafiə sistemlərinin əsas vəzifəsi düşmən raketlərini tutmaq və onu hədəfə çatmadan yerindəcə məhv etmək olacaq. Məsələ ilə bağlı ABŞ-da xüsusi hesabat hazırlanıb və orada düşmən hücumlarının qarşısının alınması və onun strateji obyektlərinin havadan endirilən zərbələrlə məhv edilməsi strategiyası əksini tapıb.