ABŞ-ın nüfuzlu teleaparıcılarından və önəmli fikir adamlarından sayılan Fərid Zəkəriyya “The Washington Post” qəzetində gələcək dövrə işıq tuta biləcək maraqlı bir analitik yazı qələmə alıb. Müəllif ABŞ-ın qlobal miqyasda rol və nüfuzunun getdikcə azalması, Donald Tramp administrasiyasının bu gedişatdakı rolu və baş verməkdə olan tendensiyanın siyasi nəticələri ilə əlaqədar öz rəyini paylaşıb.
Arazinfo.com Musavat.com-a istinadən həmin yazını təqdim edir.
“İnsan motivasiyası ilə bağlı təsəvvürləri dəyişdirdiyinə görə, iqtisadiyyat üzrə Nobel mükafatı almış Daniel Kaneman bir dəfə belə demişdi: “Heç kim heç vaxt hansısa rəqəmlərə görə qərarlar qəbul etməyib. Onlara hadisə lazımdır”. Bu ayrılıqda həm ölkələrə, həm də insanlara aiddir. Ölkələr daima daha böyük miqyaslı beynəlxalq hadisəyə meylləniblər. Bəs bugünkü qlobal tarixi hadisə nədən ibarətdir.
Mənim üçün bu ABŞ-ın nüfuzunun düşməsidir. Burada qüdrətdən söhbət getmir. Indinin özündə də nə iqtisadi, nə də hərbi planda bu ölkənin tayı-bərabəri yoxdur. Söhbət onun bu qüdrətindən dünyanı yenidən şəkilləndirmək üçün istifadə etmək qabiliyətinin və səyinin azalmasından gedir. İndiki administrasiya ABŞ-ın bütün böyük nailiyyətlətini sıfırlamaqda qərarlıdır. Bunu onun Ümumdünya Ticarət Təşkilatı ilə bağlı planlarında, ya da ümumiyyətlə dünyanın qlobal gündəminin hazırlanması işində həvəssiz davranışında görmək olar…
İndi başqa dövlətlər də ABŞ-ın qlobal nüfuzunun düşməsinə özlərini alışdırmaq məcburiyyətində qalıblar.
Bu ay Almaniya xarici işlər naziri Ziqmar Qabriel Qərb dünyasında və ümumən bütün dünyada baş verən ən vacib dəyişikliklərin Tramp rəhbərliyi altındakı Birləşmiş Ştatların çoxtərəfliliyin sabit təminatçısı olması rolundan imtina etməsi ilə bağlı olduğunu söyləmişdi.
“Bu dəyişiklikər dünya düzəninin yenidən qurulmasına, ticarət müharibələri, silahlanma yarışının və silahlı münaqişələr riskinin artmasına gətirib çıxarır”, – alman nazir bildirib.
Qabrilein fikrincə, belə bir situasiyada Avropanın qitə olaraq mövcudiyyətini qorunub saxlanılması məsələsi yaranıb.
“İkinci düya müharibəsindən sonrakı Avropa ABŞ-ın maraqlarına uyğun olaraq bir layihə olaraq qurulmuşdu. İndiki administasiya isə bu məsələyə daha məhdud yanaşaraq, keçmiş tərəfdaşlarını rəqibi olaraq görür”,- Qabriel qeyd edib.
Elə bu səbəbdən Almaniya xarici işlər naziri Avropanı taleyini öz əlinə almağa və ABŞ-ın xarici siyasətindən aralanmağa çağırmışdı.
Bundan əlavə, Kanada xarici işlər naziri Xristia Frilandın iyun ayındakı çıxışına diqqət etmək lazımdır. Xanım Friland ABŞ-a son 70 il ərzində beynəlxalq sistemə rəhbərlik etdiyi üçün təşəkkür edib. Daha sonra o, qətiyyətlə Tramp administrasiyası rəhbərliyi altında bu sistemin bitdiyini bəyan edib.
ÇXR sədri Si Tzinpin isə oktyabr ayında, Kommunist partisyasının XIX qurultayındakı çıxışında yeni gerçəkliyi anladığını nümayiş etdirdi.
“Çinin beynəlxalq mövqeləri və reputasiyası görünməmiş dərəcədə artıb. Ölkəmiz digər inkişaf etməkdə olan dövlətlərin modernizasiyasına da yol açmaqdadır”, – Çin lideri təntənə ilə bildirib. Si Tzinpin Çinin ön plana çıxdığı yeni eranın başlandığını da elan edib. Daha öncəki çıxışarında isə o, Çinin qlobal ticarət düzəninin yeni təminatçısına çevrildiyini cəsarətlə söyləmişdi.
Bizim dövrün qlobal tarixi hadisəsi bax elə budur. Bugünkü beynəlxalq sistemi quran, onu qoruyan və sistemin prinsiplərinə əməl olunmasına nəzarət edən dövlət artıq bu işlərdən aralanır və yalnız özünü düşünərək təcrid olunmağa üstünlük verir. Açıq və müəyyən qaydalar sistemi üzərində qurulan dünyanın digər vacib qoruyucusu və tərəfdarı Avropa isə dünya arenasında məqsədyönlü şəkildə hərəkət etmək hayında deyil və yalnız öz qitə layihələrinin taleiyini düşünməyə məcburdur.
Bu boşluğu dolduran Türkiyə, Rusiya, İran və Sədiyyyə Ərəbistanı kimi qeyri-liberal dövlətlər isə öz bölgələrində aparıcı mövqelər əldə etməyə cəhd edirlər.
Lakin onların içində yalnız Çin bizim dövr tarixinin yeni fəslini müəyyən edə biləcək cəsarəti və strateji ustalığa malikdir.
10 il öncə mən “postamerikan dünyasının” Birləşmiş Ştatların düşüşündən deyil, başqalarının qalxmasından yaranacağını yazmışdım. Bu dünya artıq doğulmaqdadır. Çünki başqa ölkələr çiçəklənməkdədirlər.
Lakin bu proses Tramp administrasiyasının ABŞ-ın qlobal qüdrətindən vaz keçməsi kim ağılsız və təhlükəli qərarından sonra daha da sürətlənə bilər. Halbuki ABŞ bu qüdrətə və nüfuza 70 il ərzində nail ola bilmişdi.