ABŞ Dövlət Departamenti: “Türkiyənin Suriya və İraq ərazisindəki fəaliyyətindən narahatıq”

0
583
 

Birləşmiş Ştatlar Türkiyənin Suriya və İraq ərazisindəki fəaliyyətindən narahatdır. AFP xəbər verir ki, bunu Dövlət Departamentinin rəsmi nümayəndəsi Mark Töner deyib.

RİA “Novosti”nin məlumatına görə, Töner qeyd edib ki, Türkiyə Hərbi Hava Qüvvələri ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələri ilə koordinasiyasız zərbələr endirib.

“Biz Türkiyənin bu gün nə ABŞ, nə də İŞİD-ə qarşı vuruşan qlobal koalisiya ilə lazımi əlaqələndirmə olmadan Suriya və İraqın şimalına havadan zərbələr endirməsindən çox, dərindən narahatıq. Biz bu narazıçılığımıızı birbaşa Türkiyə hökumətinə bildirmişik”, — deyə departamentdən bildirilib.

Onun sözlərinə görə, bu aviazərbələr koalisiya tərəfindən təqdir edilməyib və kürd könüllülər də daxil olmaqla İŞİD-lə mübarizə üzrə tərəfdaşların ölümünə gətirib çıxarıb.

BIR CAVAB BURAXIN