Ermənistanda səfərdə olan ABŞ prezidenti Donald Trampın təhlükəsizlik məsələləri üzrə köməkçisi Bolton dövlət rəsmiləri ilə görüşündə Suriya probleminin həlli məsələsinə də toxunub.
Mediainfo.az-ın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, Bolton Ermənistanın Suriyaya humanitar yardım göstərməsini adi hal kimi qarşıladıqlarını deyib. O ABŞ-ın da Ermənistana humanitar yardım göstərdiyini xatıralaldaraq deyib ki, bütün bunlar Əsəd rejimi və terrorçulara münasibətdə siyasi vasitəyə çevrilməməldir.
“Ermənistan bizə vəd edib ki, humanitar yardım hərbi məqsədlərə xidmət etməyəcək. Hazırda Suriyada 7-8 qarşı duran tərəf var. Ora yenilərinin cəlb olunması həmin ölkə üçün xoşagəlməz nəticələrə çıxara bilər”,-deyə Bolton Ermənistana xəbərdarlıq edib.