ABŞ-da seçki marafonu: Tramp Klintonu üstələdi

0
638

11

ABŞ-da prezident seçkisinə bir həftə qalmış Donald Tramp seçicilər arasına populyarlığına görə rəqibi Hillari Klintonu üstələməyə başlayıb.

Euronews telekanalı xəbər verir ki, ABC telekanalının və “Washington Post” qəzetinin sifarişi əsasında aparılmış sorğunun nəticələrinə əsasən, respublikaçı namizədə səs verməyə hazır olan seçicilərin sayı demokratların namizədini dəstəkləyənləri 1 faiz üstələyir.

ABŞ-ın hazırkı prezidenti isə seçki kampaniyasının son günlərində populyarlığını getdikcə itirən Hillari Klintonu dəstəkləməkdə davam edir. Barak Obama noyabrın 1-də namizədlər haqqında danışarkən bir daha Donald Trampın Ali Baş Komandan postuna yararlı olmadığını deyib.

Sosioloqlar Federal Təhqiqatlar Bürosunun Hillari Klintonun elektron yazışmaları barədə təhqiqatı bərpa etməsindən sonra seçicilərin rəylərinin dəyişdiyini vurğulayırlar.(AzərTAc)

BIR CAVAB BURAXIN