ABŞ-da matçda Hitlerin himni səsləndi: Skandal olay

0
632

12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da Tennis Kuboku matçının açılışı zamanı alman faşistlərinin himni ifa edilib.

Axar.az xəbər verir ki, amerikalı tennisçi Ellison Riske və alman əsilli Andrea Petkoviç arasında baş tutan oyundan öncə müğənni II Dünya müharibəsi zamanı məşhur olan nasist himninin bir bəndini səsləndirib.

Həmin himnin hazırda Almaniyada qadağan olunduğu bildirilib.

Hadisəyə münasibət bildiriən Petkoviç turnir təşkilatçılarını səriştəsiz və cahil adlandırıb. Alman tennisçi qeyd edib ki, himnin sözlərini eşitdiyi anda rəqibi və özü gözyaşlarını güclə saxlayıb:

“Ən pisi də odur ki, bu hadisənin amerikalıların deyil, məhz bizim üçün pis nəticələri olacaq”.

Qeyd edək ki, alman millisinin rəhbəri də bu olayı skandal adlandırıb.

https://youtu.be/sQtr2kjIrMw

 

BIR CAVAB BURAXIN