ABŞ 49 milyard dollar dəyərində silah satıb

0
427

 

ABŞ yenə də dünya bazarında silah satışında liderlik etməkdə davam edir. Belə ki, bu ilin 10 ayı ərzində ABŞ  dünya bazarlarında 49 milyard dollarlıq silah satıb. Arazinfo.com bildirir ki, ən yüksək miqdarda silah alverini Kanada ilə edən ABŞ, bu satış üçün sentyabr ayında 5,2 milyard dollarlıq anlaşma imzalayıb. Kanadadan sonra ən çox silah alveri Bəhreyn ve Səudiyyə Ərabistanı ilə olub. ABŞ Konqresinə verilən hərbi razılaşmalardan əldə edilən dəlillərə görə, Tramp son dönəmin ən çox silah satışı edən prezidentlərdən biri olaraq qeydə alınıb. Buna görə də 2017-ci ilin yanvar-noyabr ayları arasında Trampın rəhbərliyi ilə ABŞ təqribən 49 milyard dollar dəyərində hərbi silah-sursatı müxtəlif ölkələrə sataraq son illərin ən yüksək satış göstəricilərini əldə edib. Keçənilki 33 milyard dollarlıq silah alverindən sonra bu il bu rəqəmin 50 milyard dollara çatması, Tramp adminstrasiyasının “silah anlaşmaları mövzusunda öncəki rəhbərliklərdən daha istəkli” olduğu kimi dəyərləndirilir.

Digər tərəfdən, əvvəlki ABŞ prezidenti Barak Obama, Konqres qeydlərinə görə, 8 illik görəv müddətində təxminən 277, illik ortalama olaraq da 35 milyard dollar civarında silah satışı gerçəklədirmişdi. Ayrıca olaraq, Obama 8 illik prezidentlik dövründə ABŞ-ın 2-ci Dünya Müharibəsindən bu yana ən çox silah satışı həyata keçirən prezidenti olaraq tarixə düşmüşdü. ABŞ ilin sonuna kimi silah satışını 55-60  milyard dollara çatdırmağı planlaşdırıb.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

eleven − 8 =