ABŞ Ədliyyə Nazirliyi müxalif İslam vaizi Fəthullah Gülənin ekstradisiyası ilə bağlı Türkiyənin müraciətlərinə diqqətlə yanaşır.
Bunu ABŞ Ədliyyə Nazirliyinin nümayəndəsi Piter Karr deyib.
Xatırladaq ki, Türkiyənin Ədliyyə Nazirliyi Amerika Birləşmiş Ştatlarına rəsmi müraciət göndərərək Gülənin həbsini tələb edib.
“Ədliyyə Nazirliyi apardığı siyasətin bir hissəsi kimi konkret sorğulara şərh vermir, amma yalnız onu deyə bilərəm ki, biz Türkiyə hökumətinin bütün müraciətlərinə diqqətlə yanaşmaqda davam edirik”, – deyə nümayəndə bildirib.
Onu da xatırladaq ki, F.Gülən iyul ayında Tükiyədə hərbi çevrilişdə cəhddə ittiham olunur.
İstanbul məhkəməsi F.Gülənin həbsi barədə qərar çıxarıb.
Virtualaz.org