596 bal yığdı, universitetə qəbul olmadı?

0
564

Ali məktəblərə qəbul imtahanında 596 bal toplayan abituriyent tələbə adını qazana bilməyib.

Bizimyol.info xəbər verir ki, İbrahim Əsgəri adlı abituriyent yaz imtahanında 529, yay imtahanında isə 596 bal yığıb. Təəccüblüdür ki, yüksək bal toplamasına baxmaraq, o, heç bir ali məktəbə qəbul ola bilməyib.

Təhsil eksperti Kamran Əsədov indiyədək belə bir halla rastlaşmadığını deyib: “Çox təəccüblü bir məsələ ilə qarşılaşdım. Mənə bir abituriyent müraciət edib. Deməli, bu şəxs 596 bal toplayıb. Seçdiyi ixtisaslardan bir neçəsinə tələb olunan keçid balı keçsə də, heç bir yerə qəbul olmayıb. 15 illik təcrübəmdə belə şey görməmişəm. Elektron ərizəsində görünür ki, seçdiyi neçə yerin keçid balını keçib. Amma heç bir yerə daxil olmayıb”.

Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətinin Xanlar Xanlarzadənin verdiyi açıqlamaya görə isə yayılan məlumat saxtadır:

“Abituriyentin həmin nəticəsi fotomontajdır. Tələbə orada qeyd olunandan da az nəticə göstərib. Sadəcə olaraq həmin fotoşəkil montaj olunaraq ictimaiyyət aldadılıb. Çox təəssüf hissi ilə qeyd edirik ki, belə fotomontaj edərək cəmiyyəti, insanları aldadırlar, fikir çaşqınlığı yaradırlar”.

BAKU.WS

BIR CAVAB BURAXIN