50 yaşlı əməkdar artistimizə elçi gəldi: “10 yaş kiçik oğlan…” – VİDEO

0
372

 

Əməkdar artist Mehriban Xanlarova özündən yaşca kiçik bəydən evlilik təklifi alıb. Lent.az-ın məlumatına görə, aktrisa bu barədə “APA TV”-nin “Show time” verilişində deyib. O bildirib ki, ona yalnız yaşca kiçik bəylər elçi gəlir: “Həyatımda heç kim yoxdur, amma mən xoşbəxtəm. O qədər ailəsi olan var ki… Yalandan üzdə xoşbəxt görsənirlər. Amma hər bir qadın kimi mən də tək qalmaq istəmirəm. Amma heç kimə inanmıram. İnamımı qazanan yoxdur. Azərbaycanlı yox, başqa bir dövlətdən olan bəylə ailə qurmaq istəyərdim. Mənə evlilik təklifi hər zaman olur. Özü də mənlə evlənmək istəyən oğlanlar yaşca məndən balacadırlar. 3, 5, 10 yaş məndən kiçik olurlar. Təkliflərinə cavab olaraq deyirəm ki, yaşda balacasan. Deyirlər, yaşın nə fərqi var ki? Bir də ki, mən söz-söhbətdən bezmişəm. Bu təklifə “hə” desəm, nələr danışacaqlar. İdeal bir bəy çıxsa, nə deyəcəyimi bilmirəm. Qismətdir”.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

3 − 2 =