Nüşabə Ələsgərli arıqlama sirrini açıqladı

0
522

Əməkdar artist Nüşabə Ələsgərli son günlər xeyli çəki atması ilə gündəmə gəlib.

Axşam.az-ın məlumatına görə, müğənni “Lider maqazinə” açıqlamasında pəhrizini bölüşüb:

“Yeməklə bağlı heç bir şeyi rasionumdan çıxarmamışam. Maye ilə yeməyi qarışdırmıram. Əgər su istəyirəmsə, yeməkdən yarım saat əvvəl içirəm. Ürəyim istəyəni yeyirəm. Yeməkdən sonra 2 saat ərzində maye qəbul etmirəm. Qazlı sulardan uzağam. Bir də səhərlər acqarnına qaynar suya iki xörək qaşığı doşab töküb ilıq halda içirəm”.

N.Ələsgərli gözətrafında əməliyyat etdirmək istədiyini deyib:

“Mənim hər zaman gözümün ətrafında problem olub. Bir neçə dəfə əməliyyat etdirmişəm. İndi yenə lazımdır”.

BIR CAVAB BURAXIN