5-dən çox uşağı olan 3 min qadına müavinət verilir

0
552

2016-cı  ilin  üç  ayı ərzində  əhaliyə  20,8 milyon manat məbləğində  müavinət ödənilib. Dövlət Statistika Komitəsindən Modern.az-a verilən məlumata görə, bunun  da  28,9  faizi hamiləliyə  və  doğuma  görə, 23,1 faizi  əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə, 14 faizi dəfn üçün, 34 faizi isə digər məqsədlər üçün ödənilən müavinətlərin payına düşür.

Əmək və  Əhalinin  Sosial  Müdafiəsi Nazirliyinin məlumatlarına görə, 2016-cı il aprelin 1-i vəziyyətinə 353,8 min nəfərə sosial müavinətlər təyin olunub. Yaşa görə müavinət alanların sayı 14,4 min nəfər, əlilliyə görə – 142 min nəfər, ailə başçısını  itirməyə  görə  – 41,7 min nəfər,  sağlamlıq  imkanları məhdud olduğuna görə müavinət alan 18 yaşadək uşaqların sayı isə 66,6 min nəfər olub.

Şəhid ailələrinin, müharibə əlillərinin,  I və II  qrup  Çernobıl  AES əlillərinin və müddətli hərbi xidmət qulluqçularının 9,7 min ailəsinə 18,3 min uşaq üçün aylıq  müavinət  verilib.  Bundan əlavə,  5,9 min nəfər bir yaşadək uşağa görə 5,7 min ailəyə və beşdən çox uşağı olan 3,1 min qadına 9 min uşaq üçün sosial müavinət verilib.

2016-cı  ilin  üç  ayı ərzində  Əmək və  Əhalinin  Sosial Müdafiəsi Nazirliyi tərəfindən 35887 nəfərə, o cümlədən 29509 uşağın  doğulmasına   görə,  3934  nəfərə  radiasiya qəzası nəticəsində  əlil  olmuş  şəxslərin müalicəsi üçün, 1758 nəfərəpenitensiar müəssisələrində  cəza çəkməkdən  azad  edilmiş şəxslərə  və  həyatını  itirmiş 686  nəfərin dəfni üçün birdəfəlik  müavinətlər verilib. Cari ilin aprelin 1-i vəziyyətinə əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində  457  nəfər zərərçəkən kompensasiya alıb. Prezident təqaüdünü  almış şəxslərin sayı 55,4 min nəfər olub.

BIR CAVAB BURAXIN