0
837

Qazaxıstanın baş naziri Kərim Məsimov istefa verəcək.

 

Bu haqda Qazaxıstan hökumətindəki mənbə bildirib.

 

İstefa qərarının sentyabrın 9-da – hökumətin genişləndirilmiş iclasında veriləcəyi gözlənilir. İclasda respublikanın prezidenti Nursultan Nazarbayev də iştirak edəcək.

 

Bu ilin avqustunda “Regnum” agentliyi Qazaxıstanda “Shange.org” və “Avaaz.org” saytlarının bağlandığını xəbər vermişdi. Həmin saytlarda baş nazirin istefası tələbi ilə xahişlər yerləşdirilmişdi. İddiaya görə, müraciət minlərlə imzanı toplayıb.

 

Müraciətdə bildirilirdi ki, Məsimov artıq yeddi il hökumət başçısıdır və heç bir əhəmiyyətli nəticəyə nail ola bilməyib. Onu xüsusi olaraq tənqid edirdilər ki, milli pul vahidi təngə 2007-ci ildən dəyərini üç dəfə itirib.

 

“Məsimov hökuməti neftdən gələn yüksək gəlirlərdən istifadə edərək lazımsız layihələrə böyük vəsaitlər xərcləyirdi. “EKSPO-2017”-yə 1,5 milyard dolların xərcləməsi planlaşdırılır. Milyardlarla dollar “BTA Bank”ın xilası üçün xərclənib”, – mətndə deyilirdi.

 

Qeyd edək ki, Məsimov baş nazir vəzifəsinə 2014-cü ilin aprelində təyin edilib. O, bundan əvvəl də fasilələrlə hökumətə başçılıq etmişdi.

Publika.az.

 

BIR CAVAB BURAXIN