0
337

“Barselona” komandasının yeni transferi ilk gündən əsas heyətdə möhkəmlənə bilən Samuel Umtiti yeni klubuna adaptasiya olunması prosesində hələ ki, hər hansı problemlə üzləşmədiyini deyib. Bununla bağlı Umtiti “El Mundo Deportivo” nəşrinə verdiyi müsahibəsində deyib ki, “Barselona” onun təsəvvür etdiyi futboldan daha fərqli futbol oynayır. Samuel Umtiti: “Mən həqiqətən də sanki yenidən futbol oynamağa başlamışam. “Barselona” fərqli futbol oynayır və müdafiədə də özünəxas olan oyun üslubuna malikdir. Mənə hərdən elə gəlir ki, tamam başqa bır dünya futbolu mühitinə düşmüşəm. Buna baxmayaraq mən komandama mümkün qədər tez adaptasiya olmağa çalışıram. Ona görə də oyundan-oyuna daha yaxşı oynamağa cəhd edirəm. Bu işdə təbii ki, komanda yoldaşlarım da mənə yardımlar edirlər. Əminəm ki, vaxt ötdükcə mən müdafiədə daha etibarlı oyun nümayiş etdirəcəyəm. Hər halda bu işdə Pikenin tövsiyələrinə əməl edirəm. O komandanın müdafiə xəttinə rəhbərlik edir və faydalı məsləhətləri ilə mənə çox yardımlar edir. Bir də çox şadam ki, Messi və İnyesta kimi futbolçularla bir komandada oynayıram. Messi və İnyesta birlikdə çox gözəl oynayırlar və onlar dünyanın canlı əfsanələrindəndirlər”,- deyib.

Hazırladı: Əziz Mustafa

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

thirteen − one =