0
637

Karlo Ançelotti: “Mən “Bavariya”ya yeni oyunçu transferinə ehtiyac duymuram”

 

Bu mövsümdən Münhenin “Bavariya” futbol klubunu çalışdırmağa başlayan tanınmış italiyalı futbol mütəxəssisi Karlo Ançelotti komandasının tam şəkildə yeni mövsümə hazır olduğunu söyləyib. “Bavariya”nın hazırlıq mövsümünü yüksək şəkildə keçirdiyini xatırladan Ançelotti: “Hazırki “Bavariya” ötən illərdəki “Bavariya” ilə müqayisədə daha mübariz, daha əzmkar komanda təsiri bağışlayır. Oyunçularımız arasında qarılıqlı anlaşma yüksək səviyyədəidr və kollektivdə xoş bir atmosfer hökm sürür. Belə bir komanda ilə yeni uğurlar qazana biləcəyimizi istisna etmirəm”,-deyib.

Son zamanlar “Bavariya”nın  adlı-sanlı hücumçulardan birini transfer etməyə hazırlaşması ilə bağlı mətbuatda yayılmış xəbərlərə münasibət bildirən Ançelotti onların doğru olmadığını xüsusi vurğulayıb. Ançelotti bununla bağlı Almaniyanın “Bild” nəşrinə verdiyi açıqlamasında: “Mən “Bavariya”ya yeni oyunçu transferinə ehtiyac duymuram. Sərəncamımda olan oyunçular yüksək səviyyəli peşəkar futbolçulardır. Bu oyunçularla qarşımıza qoyulan istənilən vəzifəni  həyata keçirməyə qadirik”,-deyib.

Xatırladaq ki, yay transfer pəncərəsi dövründə “Bavariya” Dortmundun “Borussiya” komandasından Mats Hummelsi, Portuqaliyanın “Benfika” klubundan isə Renatu Sanşeşi transfer edib

BIR CAVAB BURAXIN