0
527

Klublararası dünya çempionatının finalçıları bilindi

Birləşmiş Ərəb Əmirliklərində keçirilən klublararası dünya çempionatının finalçıları müəyyənləşib.  “Real” ikinci yarımfinal matçında Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Cazira” klubunu 2:1 hesabı ilə məğlub edib.Madridlilərin heyətində  Kriştiano Ronaldo (53 dəq.) və Qaret Beyl (81), ev sahiblərinin heyətində Romarinyo fərqlənib (41).Beləliklə, Zinəddin Zidanın yetirmələri dekabrın 16-da həlledici görüşdə Braziliyanın “Qremio” klubu ilə qarşılaşacaqlar. Xatırladaq ki, ötən gün “Qremio” Meksikanın “Paçuka” klubu üzərində minimal hesablı qələbə qazanıb – 1:0.

 Apa

BIR CAVAB BURAXIN