3 uşağı olan hamilə ana İNTİHAR ETDİ

0
585

Qobustan rayonunun Ərəbşalbaş kənd sakini İntizar Məmmədova yaşadığı evdə özünü kəndirlə asıb.

Ərəbşalbaş kənd polis sahə inspektoru Elmir Əliyev Publika.az-a bildirib ki, hadisə ilə bağlı araşdırma aparılır.

“Qadının intihar səbəbi dəqiq bəlli deyil. Qadının ailəsi və yaxınları dindirilərkən onun intihar etmədiyi öz əcəli ilə öldüyünü deyiblər. Lakin onların ifadələrində uyğunsuzluq olduğuna görə araşdırmalar aparıldı və qadının intihar etdiyi müəyyən edildi. Lakin istintaq davam edir, intiharın dəqiq səbəbi bəlli deyil”.

Kənd sakinlərinin Publika.az-a verdiyi məlumata görə, 1991-ci il təvəllüdlü İ.Məmmədova bir ildən çoxdur ağciyərindəki xəstəlik səbəbindən xəstəxanada müalicə olunurdu: “Ağciyərində çirk əmələ gəlmişdi, bir ildən çox xəstəxanada müalicə olunub. Belə fikirlər var ki, o xəstəliyinə görə intihar edib. İntizar intihar edərkən o hamilə olub”.

İ.Məmmədovanın 3 uşağı olub.

BIR CAVAB BURAXIN