Noyabrın sonunadək dəhşətli hadisələr olacaq

0
797
23 sentyabr və 31 oktyabr tarixlərindən sonra bu dəfə də “X Nibiru” planetinin 19 noyabr 2017-ci il tarixdə qiyamətə səbəb olacağı ilə bağlı iddialar irəli sürülüb.
“Qaynarinfo” xarici KİV-ə istinadən xəbər verir ki, müzakirələri hələ də bitməyən gizli planet “X Nibiru” haqqında yayılan yeni iddialara görə dünyaya yaxınlaşmaqda olan planet yer kürəsində bir sıra zəlzələ ocaqlarını da hərəkətə keçirəcək.
Bildirilir ki, “X Nibiru” planeti Günəşin ətrafında tam dövrəsini 3600 ilə tamamlayır.
Yazıçı Terral Kroftun irəli sürdüyü nəzəriyyəyə görə, noyabrın son 2 həftəsində seysmik fəaliyyətlər pik həddə çatacaq.
Planetxnews üçün xəbər hazırlayan və daha öncə 23 sentyabr 2017-ci il tarixdə qiyamətin olacağı iddiasını irəli sürən Devid Miid isə əslində bunun qiyamət yox, sonun başlanğıcı olduğunu demək istədiyini bildirib.
Qeyd edək ki, NASA “X Nibiru” haqqındakı nəzəriyyələrin yalan olduğunu açıqlasa da, bu haqda fərziyyələr hələ də davam etməkdədir.

BIR CAVAB BURAXIN