2636 ha torpaq sahəsi bələdiyyələr tərəfindən qanunsuz verilib

0
618

2017-ci ildə Azərbaycanda Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinə 65 minə yaxın bələdiyyə aktı qəbul olunub. Arazinfo.com-un Trend-ə istinadən məlumatına görə, bunu ədliyyə nazirinin müavini Vilayət Zahirov Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında deyib.

V.Zahirov bildirib ki, bər bir bələdiyyə aktı hüququi ekspertizadan keçmiş və onların qanunvericiliyə uyğunluğu yoxlanıb. Onun sözlərinə görə, bələdiyyə aktlarının böyük əksəriyyəti qanunvericiliyə uyğun olub.

Nazir müavini bildirib ki, 1979 aktın dəyişdirilməsi və ləğv edilməsi ilə bağlı nazirlik tərəfindən bələdiyyələrə tövsiyələr verilib, 741 akt ləğv edilib və 714 akt dəyişdirilib.

V.Zahirov qeyd edib ki, bələdiyyə aktları yoxlanılarkən torpaq qanunvericiliyinin pozulması halları müəyyən erdilib və 2636 ha torpaq sahəsinin bələdiyyələr tərəfindən qanunsuz verilməsi müəyyən edilib və bu torpaqların bələdiyyələrə qaytarılması istiqamətində tədbirlər görülüb.

Nazir müavini əlavə edib ki, bələdiyyələrlə bağlı 24 fakt üzrə materiallar toplanılıb və müvafiq hüquq-mühafizə orqanlarına göndərilib. Onun sözlərinə görə, 14 fakt üzrə cinayət işi başlanılıb. Qanun pozuntuları torpaq sahəsinin qanunsuz icarəyə verilməsi, həmin icarədən alınan vəsaitin bələdiyyə büdcəsinə ödənilməməsi, təmir işi ilə bağlı bələdiyyələrin vəsaitlərin mənimsənilməsi, büdcə vəsaitlərinin qanunsuz silinməsi və digər məsələlərlə bağlı olub.

BIR CAVAB BURAXIN