2017-ci ildə yadda qalan hadisələr

0
1313


2017-cı ilin son günlərini yaşayırıq. Bu il həm Azərbaycan, həm də dünyada bir çox vacib siyasi-iqtisadi hadisələr baş verdi. Bu dəfə sizə il ərzində ölkə daxilində baş verən ən vacib hadisələri xatırladacağıq:

***
2017-ci il ölkəmiz üçün cəbhədə gərginliklə başladı. Fevralın 24-dən 25-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bütün cəbhə boyu törətdiyi irimiqyaslı təxribatların qarşısını alarkən hərbi qulluqçularımız Abdullayev Aqşin İsmayıl oğlu, Nəzərov Şahlar Yaşar oğlu, Haşımlı Tural Əbdül oğlu, Qədimov Zülfü Rəhim oğlu və Cəfərov Zakir Nazim oğlu şəhid olub. Onların nəşi bir neçə gün neytral zonada qalandan sonra şəhidlər vətənə gətirilib.

***
İyul ayında junalistlərə növbəti dəfə ev hədiyyə edilib. Evlərin jurnalistlərə təqdim edilmə mərasimində prezident İlham Əliyev də iştirak edib.

***
Avqust ayında isə gecə saatlarında Bakıda dəhşətli hadisə verib. Ayın 3-də Bakının Heydər Əliyevprospektində saat 21 radələrində paytaxtın Nərimanov rayonu ərazisində Baş nazirin müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyevə məxsus “Mercedes-Gelandawagen” markalı avtomobillə iki nəfərin ölümü və iki nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti qaydalarını pozma – iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə başlanılmış cinayət işi üzrə zəruri istintaq hərəkətləri və təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Qəzanın baş verdiyi ərazidə olan müşahidə kameralarının görüntülərinə baxış zamanı “Mercedes-Gelandawagen” markalı avtomobilin sükanı arxasında Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Nail Elman oğlu Allahverdiyevin olması tam təsdiq edilib. Məhkəmənin qərarı ilə onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Bundan başqa, həmin vaxt orada yüksək sürətlə avtoxuliqanlıq hərəkətləri törətməklə ictimai asayişi kobud şəkildə pozan “Mazda” markalı avtomobilin sürücüsü Bakı şəhər sakini, 1995-ci il təvəllüdlü Mirməhəmməd Əlövsət oğlu İsmayılov olması da müəyyən edilib və məhkəmə tərəfindən barəsində 1 ay müddətinə inzibati həbs qərarı verilib. Nail Allahverdiyev isə 6 il müddətinə azadlıqdan məhrum edilib.

***
Tarixində ilk dəfə Çempionlar Liqasının pley-off mərhələsində çıxış edən “Qarabağ” avqustun 24-də səfərdə “Kopenhagen”lə qarşılaşıb. Danimarka təmsilçisinə 2:1 hesabı ilə qalib gəlsə də Bakıdakı görüş Qurban Qurbanovun yetirmələrinin 1:0 hesablı qələbəsi ilə yekunlaşdığına görə, “Qarabağ” klubu Çempionlar Liqasının qrupuna çıxıb.

***
Avqustun 29-da Myanmarın Arakan vilayətində müsəlmanlara qarşı qətliam törədildi. Arakanda 3-günə 3 min müsəlman ordu tərəfindən qətlə yetrilib

***
Tanınmış müğənni Fədayə Laçın isə oktyabr ayında həbs edilib. O, ayın 23-də Bakıda məhbusların qaçması faktı ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində başlanan cinayət işi üzrə Fədayə Məmmədova (Fədayə Laçın) təqsirləndirilən şəxs qismində cəlb olunaraq Nəsimi rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Onun barəsində Cinayət Məcəlləsinin 304.2.1-ci (mühafizə altında olan şəxsə qaçmağa yardım etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.

Nəsimi Rayon Məhkəməsinin qərarı ilə Fədayə Laçın barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 304.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən azadlıqdan məhrum etmə və ya həbs yerindən, yaxud mühafizə altından qaçma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanmaqla istintaq qrupu yaradılıb, dərhal təxirəsalınmaz istintaq hərəkətləri aparılıb.

Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin və Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinin iştirakı ilə hadisə yerinin müfəssəl müayinəsi həyata keçirilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində 23 oktyabr 2017-ci il tarixdə Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə Bakı şəhərinə müşayiət zamanı xüsusi vaqondan qaçmış, 1989-cu ildə Şirvan şəhərində anadan olmuş, əvvəllər məhkum olunmamış, Cinayət Məcəlləsinin 120.2.2 və 228.1-ci maddələri ilə təqsirləndirilən Əli Ağami Şirvan şəhərində tutularaq istintaq təcridxanasına yerləşdirilib, araşdırma aparılır. “Qoca” ləqəbli Etibar Məmmədov isə saxlanılan zaman atışmada ölüb.

***
Bu hadisədən bir gün sonra isə uzun müddətdir həbsdə yatan kriminal avtoritet Nadir Səlifov (“Lotu Quli”) azadlığa buraxılıb. Onun hazırda İstanbulda olduğu bildirilir.

Sentyabrın 14-də isə “Əsrin müqaviləsi”nin müddətinin uzadılması ilə əlaqədar razılıq əldə olunub. Yeni müqavilədə şərtlər Azərbaycanın xeyrinə dəyişib. SOCAR 25% (Əvvəl isə 11,65%) pay sahibi olub. Yeni müqaviləyə əsasən xarici investorlar müxtəlif bonus şəklində Azərbacyana 3.6 milyard dollar ödəyəcək.

***
Oktyabrın 30-da Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı baş tutub. Açılış münasibətilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanında təntənəli mərasim keçirilib. Mərasimdə prezident İlham Əliyevlə bərabər Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edib.

***
Dekabrın 5-də prezident İlham Əliyevin sərəncamı ilə Mikayıl Cabbarov təhsil naziri postundan çıxarılaraq vergilər naziri təyin edilib. Prezidentin digər sərəncamı ilə Fazil Məmmədov vergilər naziri vəzifəsindən kənarlaşdırılıb.

***
Dekabrın 6-da ABŞ prezidenti Donald Tramp Qüdsü (Yerusəlim – red.) İsrailin paytaxtı kimi tanıması barədə qərarını elan edib. O, müraciətində Qüdsü rəsmi olaraq İsrailin paytaxtı kimi tanımağın vaxtının yetişdiyini bildirib: “Çoxdan qəbul edilməli olan qərardır. Məndən əvvəlki prezidentlər ancaq söz verirdilər. Səfirliyimizi Tel-Əvivdən Qüdsə köçürmək barədə təlimat verdim”.

Trampın bu qərarı müsəlmanlərin qəzəbinə səbəb olub və dünyanın müxtəlif ölkələrində etiraz aksiyaları keçiriblər.

BAKU.WS

BIR CAVAB BURAXIN