2016-cı ilin hərbi itkiləri

0
588

Azərbaycan əsgəri

Azərbaycan əsgəri

Xəzər Hərbi Tədqiqatlar İnstitutu Azərbaycanın, Gürcüstanın, Ermənistanın 2016-cı ildə təhlükəsizlik və müdafiə sektorunda itkiləri barədə açıqlama yayıb.

Açıqlamada qeyd edilir ki, rəqəmlər rəsmi qurumlarının məlumatları və KİV-də yer alan xəbərlər əsasında formalaşdırılıb.

Açıqlamaya görə, bu 3 ölkə ümumilikdə 318 hərbi qulluqçusunu itirib. Onların 221 nəfəri atəşkəs pozuntusu (o cümlədən mina partlayışı), 97 nəfəri isə qeyri-döyüş şəraitində həlak olub.

AZƏRBAYCAN

İnstitut bildirir ki, ötən il Azərbaycanın təhlükəsizlik və müdafiə sektorunda 147 hərbi qulluqçu vəfat edib. Bunların 109 nəfəri döyüş, 38 nəfəri isə qeyri döyüş itkisidir.

 

Azərbaycan Silahlı Qüvvələrinin 109 hərbiçisinin cəbhə xəttində Ermənistan tərəfinin açdığı atəş nəticəsində həlak olduğu (bəziləri mina partlayışından vəfat edib) bildirilir. Bundan başqa, 4 hərbçinin avtomobil qəzası, 5 hərbçinin xəstəlik, 10 hərbiçinin intihar, 3 hərbiçinin ehtiyatsızlıq, 5 hərbiçinin bədbəxt hadisə, 8 hərbiçinin əsgər yoldaşının açdığı atəş, 4 hərbiçinin isə naməlum səbəbdən dünyadan köçdüyü qeyd edilir.

Açıqlamaya görə, ölənlərin 84-ü əsgər, 18-i müddətdən artıq hərbi xidmət keçən hərbi qulluqçu, 12-si gizir, 33-ü isə zabit olub.

Onların 142 nəfəri Müdafiə Nazirliyinin, 2-si Daxili Qoşunların, 1-i Ədliyyə Nazirliyinin, 2-i isə Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları olduğu deyilir.

Ötən dövrdə ümumilikdə 60 hərbi qulluqçunun yaralandığı açıqlanıb. Bunun 50 nəfərinin Ermənistan tərəfdən atılan atəş nəticəsində baş verdiyi deyilir.

Erməni əsgər.

Erməni əsgər.

Açıqlamada qeyd edilir ki, itkilər, əsasən, aprelin 2-sindən 5-nə kimi davam edən hərbi əməliyyatlarda verilib.

İnstitut həmin dövrdə itkilərin daha çox olduğunu güman edir.

ERMƏNİSTAN

Ermənistan Silahlı Qüvvələrinin ötən il 165 hərbi qulluqçusunun vəfat etdiyi bildirilir. Onların 112-sinin döyüş, 53 nəfərin isə qeyri-döyüş itkisi olduğu deyilir.

112 hərbçinin Azərbaycan tərəfinin atəşindən (eyni zamanda mina partlayışından), 13 nəfərin isə avtomobil qəzasından vəfat etdiyi bildirilir. Bundan başqa, 12 nəfərin intihar etdiyi, 22 nəfəri də əsgər yoldaşının qətlə yetirdiyi söylənir. Habelə, 4 nəfərin bədbəxt hadisə (elektrik cərəyanı və naməlum səbəblər), 2 nəfərin isə xəstəlikdən öldüyü söylənir.

Ölənlərin 27-si zabit, 31-i müqaviləli əsgər, 107-si isə müddətli xidmət çəkən hərbi qulluqçu olublar.

Ötən dövrdə Ermənistan Silahlı Qüvvələrinin 173 hərbi qulluqçusunun isə yaralandığı, xəsarət aldığı bildirilir.

Azərbaycan Müdafiə Nazirliyi isə bildirir ki, Ermənistan tərəfi ötən ilin aprel döyüşlərində daha çox itki verib.

Ötən il Gürcüstanın isə 6 hərbi qulluqçusunun həlak olduğu bildirilir. Bütün itkilər qeyri-döyüş şəraitində baş verib.

BIR CAVAB BURAXIN