20 yaşlı tələbə qız bakirəliyini satışa çıxardı

0
694

Böyük Britaniyada yaşayan və əslən rusiyalı olan 20 yaşlı tələbə qız bakirəliyini satışa çıxarıb. Qız elanı Londondakı eskort agentliklərdən birinin saytında yerləşdirib. 20 yaşlı Ariana elanda bakirəliyini 130500 funt-sterlinqə satışa qoyduğunu yazıb.

Əsl ad və soyadını gizləyərək özünü “Ariana” kimi təqdim edən qız bakirəliyini ehtiyac üzündən, daha doğrusu universitetdəki təhsil xərclərini ödəmək üçün satdığını yazıb: “Valideynlərimin bu qərarımdan xəbəri yoxdur. Təhsil xərclərini ödəmək üçün ən müxtəlif variantları nəzərdən keçirdim. Amma bakirəliyimin satışı ən rahat və asan çıxış yoludur. Başqa ölkəyə yollanmaq, tibbi təhsil almaq istəyirəm. Universitetdə oxumaq, xaricdə yaşamaq isə çox pul tələb edir. Buna görə bəkarətimi sataraq pul qazanmaq, sonra da bütün fikrimi təhsilə yönəltməyi planlaşdırıram. Müstəqil insanam və bəkarətimin satışı da mənim seçimimdir”.

Ariana ilə yanaşı, özünü “Lolita” kimi təqdim edən 21 yaşlı yaxın rəfiqəsi də bəkarətini satışa çıxardığını yazıb. O isə bakirəliyini 130500 funt-sterlinq məbləğində dəyərləndirib.

Tabloid.az

BIR CAVAB BURAXIN