156 ölkədə Azərbaycan bayrağı qaldırmış həmvətənimiz

0
534
 

23 ildir səyahət edir. İndiyədək 156 ölkədə olmuş həmyerlimiz Mehrac Mahmudov ilk dəfə Almaniyaya tələbə dostunun dəvəti ilə gedib. Ardınca başqa ölkələrə yolu açılıb. Beləliklə, səyahət etmək həyatının ayrılmaz hissəsinə çevrilib.

Yadında ən rəngarəng qalan ərazı məhz Afrika olub. Fərqlı etnik qruplar, saysız adət-ənənələri kamerasının yaddaşına köçürüb.

Arktikaya səfəri zamanı hətta Şimal buzlu okeanında da üzüb. Deyir ki, 3 metr qalınlığında buzun qırılmasından sonra üzə çıxan buz kimi suda üzmək hər kəsə nəsib olmur.

Səyyah ekvator xəttini 25 dəfə keçib. İndiyə  qədər 5 min təyyarə reysi edib. Antarktidaya qədər gedib çıxıb.

Mehrac Mahmudov daha çox ekstremal regionlara səfər etməyi sevir. Deyir ki, getdiyi hər yerə Azərbaycan bayrağını sancıb. Hətta Arktikaya gedən atom buzqıran gəmisinə də bayrağımızı asıb.

Dünyada sayı 200 civarında olan dövlətlərdən 156-sını gəzmiş Mehrac Mahmudov bir neçə ildən sonra dünyanın bütün dövlətlərinə ayaq basmış olacaq. (“Xəzər TV

BIR CAVAB BURAXIN