Əsəd 300 min insanın həlak olmasına görə, məsuliyyət daşıyır!» – Pan Gi Mun

0
651

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Pan Gi Mun bəyan edib ki, Bəşər Əsəd Suriyada vətəndaş müharibəsinin gedişi zamanı 300 mindən artıq insanın həlak olmasına görə, məsuliyyət daşıyır.
Baş katib Rusiyanı və ABŞ-ı Suriyada atəşkəsi bərpa etməyə çağırıb. «Deutsche Welle» nəşrinə verdiyi müsahibədə o, qeyd edib ki, Bəşər Əsədin gələcəyi barədə məsələ 5 milyona yaxın insanın ehtiyac içində yaşadığı bu ölkəyə humanitar yardımın çatdırılması yolunda maneə rolunu oynamamalıdır.
Bundan əvvəl Fransanın prezidenti Fransua Olland Suriya ordusunun və Rusiya aviasiyasının Aleppo əyalətindəki əməliyyatlarını cinayət adlandırmış və bəyan etmişdi ki, buna görə, cavabdeh şəxslər Beynəlxalq cinayət məhkəməsi qarşısında cavab verməlidir.

AzPolitika.info

BIR CAVAB BURAXIN