Ərzaq təhlükəsizliyi çox vacib məsələdir

0
1913

Ərzaq təhlükəsizliyi çox vacib məsələdir.

Prezident cənab İlham Əliyev ölkəmizin bölgələrinə mütəmadi səfərləri çərçivəsində müxtəlif müəssisələrin açılışlarını edir, regionların sosial-iqtisadi vəziyyəti ilə yerində tanış olur və bu sahədə müvafiq tapşırıqlarını verir. Bütün bunlar həm ölkənin hərtərəfli inkişafına, həm də xalqın sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən addımlardır. Məlum olduğu kimi, Azərbaycanın hərtərəfli inkişafı regionların timsalında da özünü bariz şəkildə göstərir. Bu da səbəbsiz deyil. Belə ki, regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilən Dövlət proqramları bölgələrin tarazlı inkişafını şərtləndirir. Dövlət proqramları çərçivəsində respublikanın bütün bölgələrində yeni yollar çəkilib və ya yenidən qurulub, çoxlu sayda körpülər, yol qovşaqları tikilib, kommunal infrastruktur daha da yaxşılaşdırılıb, rabitə və digər xidmətlərin səviyyəsi yüksəlib, çoxsaylı sənaye, kənd təsərrüfatı, xidmət, ticarət müəssisəsi fəaliyyətə başlayıb. Lakin nəzərə alsaq ki, son zamanlar Azərbaycan dövləti işğaldan azad edilmiş ərazilərdə sürətli bərpa-quruculuq işləri həyata keçirir, iqtisadi imkanlarımız Qarabağın yenidən qurulmasına yönəldilib, bütün bunlara baxmayaraq, ölkəmizin digər bölgələri də unudulmur, regionlarda böyük infrastruktur layihələri həyata keçirilir, tarixi abidələrin bərpası, müasir standartlara cavab verən turizm obyektlərinin istifadəyə verilməsi, qeyri-neft sektorunun inkişafı davamlı şəkildə artmaqda davam edir. Regionlarımızın inkişafı, o cümlədən ərzaq təhlükəsizliyi məsələləri vacib məsələlərdəndir. Sevindirici haldır ki, dünyada gedən iqtisadi-siyasi proseslər fonunda Azərbaycan dünya iqtisadiyyatına uğurla inteqrasiya edir. Xüsusilə, bu gün dünya ölkələri ərzaq təhlükəsizliyi ilə üzləşdiyi vaxtda  Azərbaycan özünü ət məhsulları, quş əti ilə, süd, süd məhsulları ilə təmin edir. Bu bir daha göstərir ki,  Azərbaycan Prezidentinin siyasətinin mərkəzində vətəndaşların rahat həyat şəraiti və məmnunluğu dayanır, heç bir layihə təxirə salınmır.

Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin əməkdaşı Tavad Qurbanova