Erməni siyasətinin hiyləgərliyi

0
1458

Erməni siyasətinin hiyləgərliyi

 Son iki yüz ildə öz havadarlarının köməyi ilə Azərbaycana qarşı etnik təmizləmə, dövlət terrorizmi, soyqırımı və işğalçılıq siyasəti həyata keçirən terrorçu, barbar Ermənistan bu gün də faşist ideologiyasından əl çəkmir. Terrorçu Ermənistanın bu mənfur siyasətinin təməlində azərbaycanlıları tarixi torpaqlarından qovmaq, bu ərazilərdə qəbilə-mağara təfəkkürlü, saxtakar erməni  ideoloqlarının uydurduğu “böyük Ermənistan” dövləti yaratmaq xülyası dayanıb.

Ötən əsrin 90-cı illərində Azərbaycanın Qarabağ bölgəsinin işğalı zamanı kütləvi vahimə yaratmaq, çoxlu insan tələfatına nail olmaq məqsədi ilə Ermənistanın xüsusi xidmət orqanları hərbi əməliyyatların getdiyi ərazilərdən xeyli uzaqda, dinc azərbaycanlı əhalisinin yaşadığı məntəqələrdə terror aktları təşkil etmiş, nəticədə minlərlə günahsız insan həlak olmuşdur.

Ermənistan iki il əvvəl Azərbaycanla sərhəddə törətdiyi təxribatı təkrarlamaqdadır. 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistanın silahlı qüvvələri tərəfindən Azərbaycanın yaşayış məntəqələrinin ağır artilleriya və raket qurğularından atəşə tutulması nəticəsində dinc mülki əhalimizə qarşı sülh və insanlıq əleyhinə cinayətlər törətmişdilər. Ermənilərin bu terrorçu əməlləri nəticəsində onlarla mülki vətəndaşmız- qadın, uşaq həlak olmuş, yüzlərlə insan  yaralanmış, minlərlə yaşayış evinə və çoxmərtəbəli binaya, yüzlərlə mülki infrastruktur obyektlərinə külli miqdarda ziyan dəymişdir.

Bu il sentyabrın 12-13-də baş verənlər iki il öncə, iyulun 12-də Azərbaycan-Ermənistan dövlət sərhədində Tovuz rayonu istiqamətində Ermənistanın növbəti təxribatı nəticəsində baş verən qarşıdurma ilə analogiya təşkil edir.  Terror, günahsız insanlara qarşı ağlasığmaz qəddarlıq törətmək ermənilərin əsl xislətidir. Bu gün şanlı Azərbaycan Ordusu  antiterror əməliyyatları apararaq erməni faşistlərini diz çökdürür. Terror, soyqırımları və başqalarının torpaqlarına zorla yiyələnməyə çalışan erməni terrorçularına tarixi dərs verməyin  yeganə ədalətli yolu budur.

 

Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin fond mühafizi Leyla Əliyeva.