Ərdoğan Putinə yazdığı məktubda Su-24 təyyarəsinin vurulmasına görə üzr istəyib

0
683

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinə məktub ünvanlayıb.

 

APA-nın Moskva müxbiri Kremlin rəsmi saytına istinadən xəbər verir ki, məktubda Ərdoğan Rusiyanı Türkiyənin dostu və strateji tərəfdaşı adlandırıb: “Bizim heç vaxt Rusiyaya məxsus təyyarəni vurmaq kimi niyyətimiz olmayıb. Biz öz üzərimizə böyük risk götürərək və ciddi səy göstərərək rusiyalı pilotun cəsədini Suriya ərazisindən çıxardıq və onu Türkiyəyə gətirdik. Mən bir daha həlak olan pilotun yaxınlarına başsağlığı verirəm və üzr istəyirəm. Onların acısını bölüşürəm. Rüsiyalı pilotun ailəsini türk ailəsi kimi qəbul edirəm. Ailənin acısını yüngülləşdirmək üçün istənilən təşəbbüsə hazırıq”.

 

Məktubda həmçinin bildirilir ki, Ərdoğan Türkiyə-Rusiya münasibətlərinin normallaşması və onların ənənəvi səviyyəyədək bərpa olması üçün əlindən gələni etməyə hazırdır.

 

BIR CAVAB BURAXIN