Xarici KİV-in yaydığı məlumata görə, Türkiyənin prezidenti R.T.Ərdoğan Barak Obamanın prezidentliyi dövründə ABŞ və Türkiyə arasında münasibətlərin pisləşməsindən narazılığını ifadə edib. Prezident qeyd edib ki, Barak Obama prezident seçiləndən sonrakı dövrdə ABŞ-la Türkiyə arasında münasibətlərin inkişafının cari vəziyyəti onu məyus edir. Bu barədə məlumatı «Hurriyet Daily News» yayıb.
«Prezident olandan sonra Obamanın ilk xarici səfər üçün Türkiyəni seçməsi bizə ümid verirdi. Təəssüf ki, bizim gözləntilərimiz özünü doğrultmadı» – deyə, Ərdoğan qeyd edib.
Dövlət başçısının sözlərinə görə, Obamanın Ağ Evə gəlməsi ilə iki ölkə arasında iqtisadi və xarici siyasət istiqamətlərində qarşılıqlı münasibətlər pisləşməyə doğru gedib.
Ərdoğan onu da əlavə edib ki, Su-24 insidentinə qədərki dövrdə Rusiya ilə Türkiyənin münasibətləri çox yüksək səviyyədə olub.
«Mən ümid edirəm ki, yaxın zamanlarda bizim münasibətlərimiz bərpa olunacaq»-deyə, Türkiyə prezidenti xoş məram nümayiş etdirib.
AzPolitika.info