Ərdoğan: Avropa PKK-ya sığınacaq verir

0
472

Avropa İttifaqı ölkələri PKK üzvlərinə sığınacaq, Türkiyə əleyhinə çıxmaları üçün geniş meydan verir. Berlin, Parisin küçələrində, Avstriyada bizə qarşı aksiyalar keçirirlər.

Arazinfo.com Teleqraf.com-a istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Ankarada yerli özünüidarəetmə orqanlarının rəhbərləri ilə keçirdiyi görüşdə bildirib.

Rəcəb Tayyip Ərdoğan bildirib ki, Avropa İttifaqı guya PKK-nı dəstəkləmir və terror təşkilatı kimi qəbul edir: “Əgər bu belədirsə, nə üçün onlar polisin mühafizəsi altında gəzirlər? Nə üçün separatçı təşkilatın liderinin portretini inzibati binalardan asırlar? Avropa ölkələri özlərini elə göstərirlər ki, guya PKK-ya qarşı mübarizə aparırlar, əslində isə dəstəkləyirlər”.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

two + 17 =