Əli Abbasov YAP-dan çıxarılacaq?

0
743

11

Keçmiş rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov haqqında mətbuatda vaxtaşırı təzadlı informasiyalar yer alır. Onun “Rabitə işi” ilə əlaqədar istintaqa çağrıldığı barədə də söhbətlər səngimir. Qeyd edək ki, “Rabitə işi”nin istintaqı sabiq məmurların ciddi korrupsiya əməllərini açıb ortaya qoymaqdadır.
Diqqət çəkən digər bir məqam keçmiş nazirin hələ də YAP-ın üzvü olaraq qalmasıdır.

Yaxın vaxtlarda keçmiş nazirin YAP-dan uzaqlaşdırlması məsələsi gündəmə gələ bilərmi?
Hakim Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, deputat Aydın Mirzəzadə, Modern.az-a açıqlamasında YAP-dan hansı formada uzaqlaşdırılmağın mümkün olduğu barədə danışıb.
“Yeni Azərbaycan Partiyasından 3 halda çıxmaq mümkündür. Birinci halda şəxsi təşəbbüslə.. bu zaman partiyadan çıxmaq barədə ərizə ilə müraciət olunur. İkinci halda, cinayət hadisəsi törədərsə, üçüncü halda isə partiyanın imicinə xələl gətirən hərəkətə yol verərsə.. bu hallarda şəxsin partiyadan çıxarılması mümkündür”.

YAP-çı deputatın sözlərinə görə, hələ ki Əli Abbasovun YAP-dan çıxmaq məsələsi gündəmdə deyil.
“Düzdür, Əli Abbasovla bağlı mətbuatda çox yazılar yazılır. Hələ ki onun haqqında nə məhkəmə qərarı, nə də cinayətlərdə iştirakı barədə rəsmi bir açıqlama var. Ona görə də partiya Əli Abbasovun üzvlük məsələsinə hələ ki baxa bilməz. Bu baxımdan prosesin gedişatından asılı olaraq qərar da qəbul edilə bilər. Amma hələ ki bu məsələ gündəmdə deyil”.
Qeyd edək ki, Əli Abbasov hazırda YAP Siyasi Şurasının üzvüdür.

BIR CAVAB BURAXIN