Əhmədinejad hədələdi: 48 saat vaxt verirəm…

0
343

 

İranın keçmiş prezidenti Mahmud Əhmədinejad yaydığı video-çarxda ona qarşı irəli sürülən ittihamları sübut etmək üçün Məhkəmə Sisteminin rəisi axund Sadıq Laricaniyə 48 saat vaxt verib.

Əhmədinejad İran Məhkəmə Sisteminin rəisini tutduğu vəzifədən sui-istifadə etməkdə günahlandırıb:

“Məhkəmə Sisteminin rəisi dəfələrlə ölkə Konstitusiyasının 36-cı və 37-ci bəndlərinə qarşı çıxaraq, mənə və dostlarıma qarşı bəzi ittihamlar irəli sürüb. Halbuki belə bir vəzifəni daşıyan şəxs hamıdan çox qanuna tabe olmalı idi. O, tələbələr qarşısında çıxış edərək bizi “fitnəkar”, “azğın” və “Babək Zəncaninin himayədarı” adlandırıb. Üzümü Sadıq Laricaniyə tutub deyirəm: mənə və dostlarıma qarşı irəli sürdüyünüz ittihamları sübut edən sənədləri ictimaiyyət qarşısına çıxarmağınız üçün sizə 48 saat vaxt verirəm. Əks təqdirdə, şəxsən sizin son 8 ildə tutduğunuz postda gördüyünüz işləriniz və əməlləriniz barədə bildiklərimi ictimaiyyətə deyəcək, hər şeyi xalqa açıqlayacağam”.Axar.az

 

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

10 − six =