Əbru ərinin aldığı hədiyyələri geri qaytardı

0
731

Türkiyəli müğənni Əbru Gündəş hazırda həbsdə olan həyat yoldaşı Rza Zərrabın ona bağışladığı bütün hədiyyələri geri qaytarıb.

 

Axar.az xəbər verir ki, evli olduqları müddətcə Rza Zərrab müğənniyə bahalı hədiyyələr alması ilə məşhur idi.

 

Həyat yoldaşından boşanmağa qərar verən Əbru Gündəş Rzanın ona aldığı dəniz kənarındakı villanı və 1 milyon dəyərində olan atı geri qaytarıb.

 

Qeyd edək ki, cütlüyün Alara adlı 4 yaşlı bir qızı var.

BIR CAVAB BURAXIN