“Zidan yığmaya başçılıq etməyəcək”

0
387

Fransa milli komandasının hazırkı baş məşqçisi Didye Deşam 2020-ci ilə qədər vəzifəsində qalacaq.

Arazinfo.com “Report”-a istinadən xəbər verir ki, bunu Fransa Futbol Federasiyasının (FFF) prezidenti Noel Le Qre deyib.

“Ola bilsin ki, sabah Zidan “Yuventus”a rəhbərlik etsin, mən heç nə bilmirəm. İçi mən qarışıq, hamı təəccüb içindədir, lakin Deşam və Zidan ətrafında müzakirələr aparmaq lazım deyil. Bu qeyri-ciddidir”, – deyə o bildirib.

Biz dünya çempionatına komanda ilə azı 2020-ci ilə qədər müqaviləsi olan baş məşqçi Deşamla başlayacağıq. Önümüzdəki illərdə Zidanla heç bir danışıqlar aparılmayacaq. Görüşən zaman, əlbəttə ki, biz söhbət edirik, lakin Didye 2020-ci ilə qədər və ya daha çox müddətə yığmada işləyəcək”, – deyə “Goal” nəşri Le Qrenin sözlərini sitat gətirib.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

17 − fourteen =