Zidan, Venqer və ya Blan Bavariyanı çalışdıra bilər

0
474

Münhenin “Bavariya” komandasının Almaniya çempionatında uğursuz çıxış etməsi komandanın rəhbərliyini yeni məşqçi axtarmağa məcbur edib.

Mediainfo.az-ın verdiyi xəbərə görə bu barədə Almaniyanın tanınmış “Bild” idman nəşri yazıb. Nəşrin iddiasına görə, “Bavariya” rəhbərliyi artıq komandanın baş məşqçisi Hiko Kovaçı istefaya göndərməyə hazırlaşır. Buna səbəb Kovaçın rəhbərliyi altında “Bavariya”nın  uğursuz çıxış etməsidir. Belə ki, münhenlilər artıq 4 oyundur ki, qalib gələ bilmirlər. Kovaçın yerinə isə rəhbərlik Zidanı, Venqeri və ya Blanı gətirməyi planlaşdırıb. Bu 3 nəfərdən hansının “Bavariya”nı çalışdıracağı yaxın vaxtlarda məlum olacaq.

 

 

BIR CAVAB BURAXIN