Zaur Kamal Elnarə Abdullayevanı pərt etdi

0
740
Zaur Kamal “5-də 5” verilişində əməkdar artist Elnarə Abdullayeva ilə bağlı eşitdiyi xəbəri açıqlayıb.

Aparıcı ifaçının həyat yoldaşına etdiyi vəsiyyətə aydınlıq gətirməsini istəyib:

“Eşitmişəm həyat yoldaşına vəsiyyət etmisən ki, ölsən səni həyətdə basdırdın. Bu düzdür?” deyə soruşub.
Abdullayeva deyilənləri inkar edib və belə bir söhbətin olmadığını deyib: “Bıy, bismillah, bizim qəbiristanlığımız var, məni həyətdə niyə basdırırlar? Hər kəsin qəbirinə salavat çevirməzlər. Gərək elə hərəkət edəsən ki, qəbrini görmədən xalq sənə salavat çevirsin. Guya həyətdə basdıranda salavat çevirirlər?”

E. Abdullayeva Z.Kamalın “Başına and içənlər varmı?” sualına, “Hər kəs” deyə cavab verib. Aparıcı onun bu cavabına təəccüblənib: “Bütün xalq? Mən sənin başına heç vaxt and içmərəm”. Zaurun bu sözündən pərt olan ifaçının cavabı belə olub: “Heç mən də sənin başına and içmərəm. Səni deyə bilmərəm, bilirəm ki, Azərbaycanın fərli oğlanları mənim başıma and içir”. Aparıcı Elnarənin bu sözlərinə belə reaksiya verib: “Mən fərsizəm?”

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

5 + fifteen =