Zahid Oruca töhmət verildi

0
638

Deputatlar arasında baş vermiş mübahisəyə baxılıb.Milli Məclisin İntizam komissiyasının iclası keçirilib.Bu barədə AzVision.az-a Komissiyanın sədri Ağacan Abıyev məlumat verib.
O bildirib ki, iclasda Milli Məclisin iyunun 24-də keçirilən son növbədənkənar sessiyasında deputat Zahid Orucla spiker Oqtay Əsədov arasında baş vermiş mübahisəyə baxılıb.
İclasda deputat Zahid Oruca töhmət verilib.
Qeyd edək ki, parlamentin iyunun 24-də keçirilən növbədənkənar sessiyasında spiker Oqtay Əsədovla deputat Zahid Oruc arasında mübahisə düşüb. Vergi Məcəlləsinə təklif edilən dəyişikliklə bağlı müzakirələrdə, millət vəkilinin çıxışı saxlanılıb, o isə buna etiraz edərək danışmaq istədiyini bildirib.
Spiker ona irad tutaraq deyib ki, Z.Oruc hər dəfə mövzudan kənar məsələlərə toxunur. Bundan sonra deputatla spiker arasında mübahisə düşüb.

BIR CAVAB BURAXIN