Zəfər Qurultayı Azərbaycan diasporunun qarşısında yeni imkanlar açacaq

0
2114

Zəfər Qurultayı Azərbaycan diasporunun qarşısında yeni imkanlar açacaq

“Tarixə Zəfər Qurultayı kimi yazılan Dünya Azərbaycanlılarının V Qurultayı başa çatsa da onun özündə ehtiva etdiyi məqamlar bu gün ölkə və dünya mətbuatında geniş müzakirə olunmaqdadır.  Hər bir tarixi hadisə mahiyyəti ilə yanaşı, baş verdiyi məkan baxımından da diqqətçəkəndir. Azad Qarabağın, azad Şuşanın dünya azərbaycanlılarını bir araya gətirməsi qürurvericidir, dünyaya bir mesajdır. Postmünaqişə dövrünün reallıqlarının qəbulu istiqamətində mühüm uğurların əldə olunduğu zamanda dünyanın müxtəlif ölkələrinə səpələnmiş soydaşlarımızın Qarabağın tacına topalaşaraq perspektivləri müzakirə etmələri, dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qalib Prezident kimi nitqində əksini tapan çağırışlara uyğun olaraq gələcək fəaliyyətlərində hansı yeniklərə  zərurət  olduğunu  müəyyənləşdirmələri və sair kimi biri-birindən  önəmli addımlar Zəfərimizin bizlərə yaratdığı imkan, bəxş etdiyi sevincdir. Dünya azərbaycanlıları 30 ildən sonra Zəfər yolu ilə Azərbaycanın döyünən ürəyi olan Şuşanı görmək imkanı qazanaraq qısa müddətdə onun əvvəlki şöhrətinin özünə qaytarılması istiqamətində atılan addımların şahidi oldular. Şuşa sözün əsl mənasında dirçəlir, əvvəlki şöhrətini özünə qaytarmaq üçün fədakarlıq göstərir. Necə ki, 30 ilə yaxın müddətdə düşmən tapdağı altında qalsa da əyilmədi, milli kimliyimizi qorudu, son iki ilə yaxın dövrdə də dünyanın diqqətini genişmiqyaslı quruculuq işlərinə yönəldərək, tarixi sahibinə qovuşduğu üçün özünü   xoşbəxt hiss etdiyini nümayiş etdirir. Dövlət başçısı İlham Əliyev işğaldan azad edilmiş ərazilərimizə səfər edərkən daim bu fikri də xususi vurğulayır ki, hətta təbiət də sevinir, bizimlə həmrəydir.  Eyni həmrəylik azad Qarabağımız, Şuşamız Zəfər Qurultayının iştirakçılarını qarşılayarkən nümayiş olundu.
“Zəfər Qurultayı Azərbaycan diasporunun qarşısında yeni imkanlar açacaq” söyləyən millət vəkili vurğulayıb ki, hər bir kəsin yeni reallıqların dünya ictimaiyyətinə çatdırılmasında payı olmalıdır. Xaricdə yaşayan azərbaycanlıların bu sahədə daha böyük imkanları vardır.
Tarixi amillər həmişə istənilən münaqişənin siyasi və digər yollarla həll edilməsi üçün çox vacibdir: “Azərbaycan xalqına qarşı edilən haqsızlıqlar haqqında daim beynəlxalq ictimaiyyəti məlumatlandırmalıyıq. Azərbaycan döyüş meydanında, informasiya cəbhəsində üstünlüyünü nümayiş etdirdi. Əsas çağırışlar sırasında bu mühüm məqam da yer tutur ki, xaricdə yaşayan gənc azərbaycanlılarımız həm İkinci Qarabağ müharibəsinin tarixini yaxşı bilməli, həm də bu həqiqətləri yaşadıqları ölkələrin ictimaiyyətinə çatdırmalıdırlar. Dünya  azərbaycanlıları böyük qüvvədir. Onların fəaliyyəti ölkəmiz üçün çox önəmlidir.”

Rəmzi Şirinov-YAP Zərdab rayon təşkilatının Gənclər Birliyinin sədri

BIR CAVAB BURAXIN