İdeoloji Maarifləndirmə Konsepsiyasına uyğun olaraq oktyabrın 19-da Körpükənd kənd tam orta məktəbində “Narkomaniya ilə mübarizə”, Erkən nigah və qohumlar arasında nigahların fəsadları” və “Dini radikalizm” mövzularında görüş keçirildi.
Qanunla.Az xəbər verir ki, görüşdə Zərdab rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Tural Nağıyev, Gənclər və İdman idarəsinin rəisi Ələkbər Kərimov, Gənclər evinin direktoru Jalə Kərimli, Gənclərin Karyera və İnkişaf Mərkəzinin Zərdab nümayəndəliyinin direktoru Vüsal Yusifov, Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Ləman Səfərəliyeva və Körpükənd kənd tam orta məktəbinin direktoru Ruxsarə Eminova çıxış edərək dövrün bəlası olan narkomaniyanın insanları, xüsusilə gəncləri, sakitcə ölümün ağuşuna atan qara fəsadlarından, bu ağır bəlanın əzablarından, günümüzün aktual problemi olan erkən nigahların və qohumlar arasında nigahların fizki və psixoloji cəhətdən yaratdığı problemlərdən, dini radikalizmin bütün cəmiyyət üçün törətdiyi təhlükələrdən bəhs etdilər.
Sonda qeyd edilən mövzulara aid video çarx nümayiş olundu, maaarifləndirici bukletlər paylanıldı, iştirakçlıları maraqladıran suallar cavablandırıldı.